27.7 C
Bakı
06 Avqust 2026 10:41
Cəmiyyət

“Məni sənətdən güclə ayırdılar” – Valeh Kərimov

Xəbər verdiyimiz kimi, aktrisa Məsumə Babayeva Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmasından gileylənib.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən sənətçilərimizdən biri də Xalq artisti Valeh Kərimovdur. Ömrünün 45 ilini Sumqayıt teatrında çalışan aktyor “Xəzərxəbər”ə müsahibəsində onu sənətdən güclə ayırdıqlarını bildirib:

“8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Soruşan olmadı. Teatrın direktoru mənə dedi ki, Valeh müəllim yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da…Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm… Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar.”

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Metro bağlanır, niyə əvəzedici avtobus pulsuz deyil?

redaktor

Şairin ömrü neçə il yaşaması ilə deyil, həqiqətin yanında neçə dəfə dayanması ilə ölçülür

redaktor

Azərbaycanda qapısına qıfıl vurulan universitetlər – Niyə fəaliyyətləri dayandırılıb?

redaktor