Hadisə

Məzuniyyətdə olan hərbçi qəza törətdi – Ölən var

Qusarda ağır yol qəzası baş verib.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Hil kəndi ərazisində 1994-cü il təvəllüdlü Hüseynov Tural Tərlan oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə 1993-cü ildə anadan olmuş Kamil Ədilxanovun sürdüyü “VAZ 2107” toqquşub.

Nəticədə K.Ədilxanov aldığı xəsarətlərdən vəfat edib. T.Hüseynov isə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, T.Hüseynov “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur və qəza o, məzuniyyətdə olduğu zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Əsədə ağır zərbə: növbəti hücum bu şəhərə olacaq!

admin

Seulda Hellouin bayramı: ölənlərin sayı 120-yə çatdı

redaktor

10 min manatlıq lotereya oğurlandı

admin