21 C
Bakı
26 Sentyabr 2026 06:24
Gündəm

İsrail səfirindən daha bir maraqlı paylaşım – Foto

İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərarına dair daha bir paylaşım edib.

Tacxeber.com xəbər verir ki, səfir öz izləyiciləri arasında sorğu təşkil edib və onlardan Azərbaycanın milli yeməklərindən birinə səs verməyi istəyib.

“Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını Azərbaycanın milli yeməyi ilə qeyd etmək qərarına gəldik, lakin yeməyin hansı olmasına qərar verə bilmədik. Bizim əvəzimizə bu yeməyin hansı olacağına siz qərar verəcəksiniz”, – deyə səfir paylaşımında qeyd edib.

Sözügedən paylaşım izləyicilər arasında maraqla qarşılanıb. Sorğu 23 saatdan sonra başa çatacaq.

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Sparta yerini Afinaya buraxır…..

redaktor

Nəqliyyat islahatı, yoxsa idarəçilik böhranı?

redaktor

Əliyev–Usmanov xətti: Türk Dünyası amili. İki fransız məhbusun arxasında illərlə davam edən diplomatiya

redaktor