24 C
Bakı
01 Oktyabr 2026 11:59
DünyaGündəm

“Həzrəti Yusif”in “Züleyxa”sı HƏBS OLUNDU – FOTO

İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdikləri və açıq şəkildə hicablarını çıxardıqları üçün həbs ediliblər.

Tacxeber.com bakupost.az-a istinadən xəbər verir ki, İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi sosial şəbəkələrdə “təxribat xarakterli” paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.

Bir neçə gün bundan əvvəl Azərbaycan əsillli aktrisa Nazənin Bonyadi də İran rejminə etiraz etdiyi üçün həbs olunub.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur “Həzrəti Yusif” serialında “Züleyxa” obrazını canlandırıb. Teleserial Azərbaycanda “Space TV”də yayımlanıb.

Oxşar xəbərlər

205 il ərzində ilk qadın edamı

admin

Marko Rubio İran heyətini ABŞ-dan “qovub”

redaktor

Bakının Trampa tərifi və Vaşinqtondan gələn tələb

redaktor