12 C
Bakı
28 Mart 2026 12:02
DünyaGündəm

“Həzrəti Yusif”in “Züleyxa”sı HƏBS OLUNDU – FOTO

İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdikləri və açıq şəkildə hicablarını çıxardıqları üçün həbs ediliblər.

Tacxeber.com bakupost.az-a istinadən xəbər verir ki, İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi sosial şəbəkələrdə “təxribat xarakterli” paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.

Bir neçə gün bundan əvvəl Azərbaycan əsillli aktrisa Nazənin Bonyadi də İran rejminə etiraz etdiyi üçün həbs olunub.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur “Həzrəti Yusif” serialında “Züleyxa” obrazını canlandırıb. Teleserial Azərbaycanda “Space TV”də yayımlanıb.

Oxşar xəbərlər

Krımda Rusiyanın logistikasını məhv edirik – Zelenski

redaktor

Qırmızı dənizdə ABŞ və husilər arasında şiddətli toqquşmalar gedir

redaktor

Çay bədəndəki bu vitaminləri məhv edir – Çayxorlar təhlükədə

redaktor