Dünya

Sunak ELAN ETDİ: Ukraynaya bu silahlar veriləcək

“Böyük Britaniya Ukraynanı sona qədər dəstəkləyəcək”.

Tacxeber.com “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra tviterdə bildirib.

Tviterdə Sunakın Kiyevdəki Mariinski sarayına gəlişini əks etdirən videoda deyilir: “Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir. Biz sona qədər sizinləyik”.

Baş nazir deyib ki, Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün 125 zenit silahı və xüsusi avadanlıq verəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Totux-motux vətənpərvərlər dövrü

redaktor

Bu gün “Qara Cümə”dir – Məşhur endirimli gün necə yaranıb?

admin

Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası işçi qrupunun sədri vəzifəsini tərk edib

redaktor