22.5 C
Bakı
28 İyun 2026 13:42
Dünya

İstanbulda törədilən terrorla bağlı Bolqarıstanda 5 nəfər saxlanılıb

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.

 

Bu barədə şənbə günü Bolqarıstan milli televiziyası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

 

Saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.

 

Bolqarıstan Prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, beş nəfərdən dördü 72 saatlıq saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb.

 

İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər. (TASS)

Tacxeber.com

Oxşar xəbərlər

Qeyri adi astronomik hadisə: Səmada “ikinci Ay” görünəcək

admin

Tramp Ukraynadan elə bir şey tələb edəcək ki… – KRİTİK AÇIQLAMA

admin

“Putin yaxınlarda devriləcək, Rusiya təslim olacaq” – Şok proqnoz

admin