Dünya

Mask ÖNCƏGÖRÜCÜLÜYƏ başladı – “Kosmosda yadplanetlilərlə təmas qurulacaq”

“Tesla”nın baş direktoru və “Twitter”in yeni sahibi İlon Mask G20 sammiti çərçivəsində keçirilən konfransda videobağlantı vasitəsilə çıxış edərək gələcəyə dair fikirlərini təqdim edib.

Bizim.Media xəbər verir ki, amerikalı milyarder gələcəklə bağlı açıqlamalar verib.

Sahibkarın sözlərinə görə, o, gələcəkdə yerin dərinliklərində qazılmış tunellərdən istifadə etməklə tıxaclara qarşı mübarizənin reallaşacağını, raketlə Yer kürəsi ətrafında bir saatdan az vaxta dövrə vurulacağını və kosmosda yadplanetlilərlə təmas qurulacağını bəyan edib.

“Ola bilsin ki, biz orada milyonlarla il yaşı olan yadplanetliləri tapacağıq”, – deyə milyarder bildirib.

Maskın sözlərinə görə, tıxacla mübarizə aparmaq üçün uçan avtomobillərdənsə, yeraltı tunellər yaxşıdır: “Çünki belə olarsa, avtomobillər başınıza düşməyəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Qubadlıda icarədarların ödənişləri niyə verilmir?- “Amal Qrup” MMC rəhbəri Orxan İbrahimli kimlərə güvənir?

redaktor

Süleyman Soylu FHN-nin tibb personalına təşəkkür etdi – VİDEO

redaktor

ŞOK İDDİA: Ramzan Kadırov ölüm ayağındadır: Danışa bilmir

redaktor