16 C
Bakı
16 Noyabr 2025 12:38
Cəmiyyət

Bu sürücülər 2500 manat CƏRİMƏ OLUNACAQLAR

Bu sürücülər 2500 manat CƏRİMƏ OLUNACAQLAR

Yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlmək olur. Bu hərəkət adətən gənclər arasında müşahidə edilir. Musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.

Bəs bu əmələ görə sürücüləri hansı məsuliyyət gözləyir?

Tacxeber.com xəbər verir ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini tapıb. Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə – fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddədə qeyd edilən hallar “mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə saat 24-dən 7-dək” aiddir. Digər saatlarda yüksək səslə musiqi dinləyən sürücünü heç bir məsuliyyət gözləmir.

Tacxeber.com

Oxşar xəbərlər

Mərkəzi Nəbatət Bağı bu gündən əhali üçün açıqdır – QİYMƏT

redaktor

Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər

redaktor

Bakıda orta aylıq əmək haqqı ilə ev almaq üçün 18 il işləmək tələb olunur – AMB

redaktor