26 C
Bakı
13 Avqust 2026 07:25
CəmiyyətGündəm

Gələn ildən bir ailə üçün ünvanlı sosial yardım 500 manatdan çox olacaq

“Gələn ildən yaşayış minimumu və ehtiyac meyarı 246 manat məbləğində müəyyən ediləcək. Bu rəqəm cari ildə 200 manatdır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ehtiyac meyarı və yaşayış minimumu ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan indikatorlardır: “Bu artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin də 30% artımına şərait yaradacaq və orta hesabla bir ailəyə düşən ünvanlı sosial yardım 500 manatın üzərində olacaq. Bu da həm cari ildə olan ümumi inflyasiyasının, həm ərzaq inflyasiyasının qarşısını almağa kömək edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin