Hadisə

İranda ali dini rütbəli imam öldürüldü – VİDEO

İranda ali dini rütbəli imam öldürüldü - VİDEO

İranın Zahedan şəhər məscidinin imamı Höccətülislam Səccad Şəhrəki silahlı hücuma məruz qalıb.

Tacxeber.com “Mouze” “Telegram” kanalına istinadla bildirir ki, bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri bildirib.

Onun yerli mətbuata verdiyi məlumata görə, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib.

Üzləri bağlı olan iki nəfər “KİA-Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər.

İmam məsciddən çıxandan sonra maşınında güllələnib. O, başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Niyə bu qədər adam dənizdə boğulur?

redaktor

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

admin