GündəmHadisə

Fazil Məmmədov vəfat etdi

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Report-a ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Estetik cərrahları şikayət edən onlar imiş – FOTO

redaktor

DİN-dən Kliniki Tibbi Mərkəzdəki görüntülərlə bağlı AÇIQLAMA-VİDEO

admin

İdman jurnalisti yol qəzasında vəfat etdi

redaktor