22.5 C
Bakı
29 İyun 2026 04:23
İqtisadiyyat

Azərbaycanda elektrik yuvaları İSTEHSAL OLUNACAQ

Ağdam Sənaye Parkının yeni rezidenti “Eel Electric” MMC “Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.

Layihə çərçivəsində 10 və 35 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır.

İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər

Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər – Yeni güzəşt

admin

İşçi axtarılır – Maaş 1000-1200

admin

Azərbaycanda satışı ən ağır olan maşınlar – Siyahı

admin