22.6 C
Bakı
29 İyun 2026 08:37
Cəmiyyət

Azərbaycanda planlaşdırılan aksiyada İran səfirliyinin də adı hallandı – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin də adı keçir.

Belə ki, araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.

Oxşar xəbərlər

TƏBİB millət vəkilinin oğlundan 1,2 milyon manata anbar icarəyə götürdü

admin

Aparıcının nifrət nitqinə görə, “Space” TV-nin efiri dayandırıldı –QƏRAR

redaktor

Binəqədidə “Vətən” stadionu gecə ilə niyə sökülüb?

admin