22.8 C
Bakı
10 İyun 2026 00:27
Kriminal

Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs tutuldu

Quba rayon polis şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

OMON-çuların qətlə yetirdikləri Səfərov qardaşlarının – FOTOLARI

redaktor

Rektora 60 min manat atdılar – Professoru aldadanlar kimlərdir?

redaktor

Vaxtilə məhkum olunmuş sabiq prokuror keçmiş hakimin 200 min dollarını alıb

admin