Dünya

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar oldu


Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

Tacxeber.az Report-a istinadən xəbər verir ki, rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan “Khankendi” təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.

Bakıdan, Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.

Qeyd edək ki, “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.

Tacxeber.az

Oxşar xəbərlər

Putin: “Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq”

redaktor

Məşhur reper İslam dinini qəbul etdi – VİDEO

redaktor

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Trampın mövqeyi ilə razı deyil.

admin