21.6 C
Bakı
28 İyun 2026 10:33
Dünya

Aleksey Navalnıya qarşı terrorizm və ekstremizmə çağırış maddəsi ilə yeni cinayət işi açılıb

Aleksey Navalnıya qarşı terrorizm və ekstremizmə çağırış maddəsi ilə yeni cinayət işi açılıb

Rusiyalı müxalifətçi, hazırda cəzasını Vladimir vilayətindəki cəzaçəkmə müəssəsində çəkən Aleksey Navalnıya qarşı yeni cinayət işi başlanıb.

Tacxeber.azxəbər verir ki, bu barədə Navalnının adından sosial media hesablarında status dərc olunub.

Yeni işin Navalnının “terrorizmi təbliğ etməsi, açıq şəkildə ekstremizmə çağırış, ekstremist fəaliyyətin maliyyələşdirməsi, nasizmi reabilitasiya etməsi” ittihamları ilə açıldığı bildirilir. İstintaq Navalnının tərəfdaşları tərəfindən idarə olunan “Populyarnaya politika ” adlı YouTube kanalının materiallarını ekstremist hesab edir.

“(Sən demə) mən kriminal aləmin dahisiyəmmiş. Professor Moriarti (Artur Konan Doylun məşhur detektiv personajı Şerlok Holmsun düşməni-red.) indi əsəbi halda kənarda siqaret çəkir. Hamınız elə bilirdiniz ki, mən iki il təcrid olunmuşam, həbsdəyəm, amma əslində mən fəal şəkildə cinayətlər törədirəmmiş”,-deyə Navalnının adından yayılan statusda bildirilir.

Tacxeber.az

Oxşar xəbərlər

Onlara nifrət edirəm, ailə üzvlərimi öldürdülər… – Solovyov

redaktor

Milli atributlarla dini atributları qarşı-qarşıya qoymaq çox ucuz cəhddir

redaktor

Seçkilərdə uduzan prezident ABŞ-a qaçdı

admin