Cəmiyyət

Lənkəranda əməliyyat: Başçı Bakıya çağırıldı

Lənkəranda keçirilən  zamanı saxlanılan şəxslərdən biri İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Elgün Abdullayevlə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb.

Tacxeber.az  Modern.az-a istinadən xəbər verir ki, icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir.

İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hələlik açıqlama verilməyib.

İcra Hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə ilə əlaqə saxlasaq da, onlar əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Onu da bildirək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb. Qaraşovun adı mətbuatda dəfələrlə qalmaqallı hadisələrdə hallanıb.

Tacxeber.az

Oxşar xəbərlər

Qəbələyə gedən jurnalist və ictimai fəal saxlanılıb (yenilənib)

admin

Marşrut avtobuslarında YENİLİK – Gedişhaqqı məsafəyə görə təyin EDİLƏ BİLƏR

redaktor

Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”

redaktor