24 C
Bakı
01 Oktyabr 2026 14:14
Gündəm

Qarabağın kimə aid olduğu bəllidir. Məgər bilmirsiniz?

Qarabağın kimə aid olduğu bəllidir. Məgər bilmirsiniz?

Moskva, Brüssel və Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazır deyil.

Tacxeber.az BBC-yə istinadla xəbər verir ki, bu sözləri Nikol Paşinyan Ermənistan mediasına müsahibəsində deyib.

“Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa, o zaman bunları qeyd etməliyəm və bunu daha əvvəl, müharibədən öncə də etməliydim: adı çəkilən heç bir ölkə, heç kim Qarabağın müstəqilliyini və yaxud Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, – o bildirib.

Paşinyanın sözlərinə görə, bütün dünya beynəlxalq nöqteyi-nəzərdən “Qarabağın Azərbaycanın bir hissəsi” olduğu barədə bəyanatlar veriblər:

“Və bu açıq bəyanatlardı. Məgər bu təzə xəbərdir?”

Tacxeber.az

Oxşar xəbərlər

Marko Rubio İran heyətini ABŞ-dan “qovub”

redaktor

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin