KADIROV RUS ORDUSUNDAKI VƏZİYYƏTİ İFŞA ETDİ… – “Orduda qohumbazlıq yaxşılığa aparmayacaq”

Rusiyanın tanınmış və aqressiv “qırğıları” bir – birini ittiham etməyə başlayıb. Buna səbəb Donetsk bölgəsində yer alan strateji Limanı şəhərinin Ukrayna ordusu tərəfindən geriyə alınmasıdır. Bütövlükdə isə, cəbhədə vəziyyət Rusiyanın zərərinə dəyişib.
Çeçenistanın rəhbəri Ramzan Kadırov bu hadisəyə görə Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapini darmadağın edib. O, bütün günahı Rusiya generalının üzərinə yükləyib. Ramzan Kadırovun şəxsi Telegram kanalında bu haqda sensasion yazı öz yerini alıb. Bu yazı əslində Rusiyanın və onun ordusunun hansı durumda olduğunu açıq – aydın göstərir!
Tam mətn:“Həmişə demişəm: səslənən həqiqətdən acı, təhqiredici olsa da, həqiqətdən başqa heç nə yoxdur. Bu irəliləməyin yeganə yoludur. Ona görə də Krasnı Limanda baş verənlərə səssiz qala bilmərəm.