24.2 C
Bakı
28 İyun 2026 21:31
İqtisadiyyat

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Rusiyadan gətirilən kartofda zərərli orqanizm aşkarlandı

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy rayonundan gətirilən 67 ton toxumluq kartof məhsulu partiyalarında karantin tətbiq edilən orqanizm (Kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus)) aşkar olunub.

Hazırda məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair tədbirlər görülür.

Tacxeber.az

Oxşar xəbərlər

“RÜSTƏMOVUN BANKI”-nda NƏ BAŞ VERİR? – “Bank Respublika”da təhlükəli tendensiya

redaktor

AZAL Ermənistana 112 min avro ödəyib.

admin

Yodla test etmək kolbasanın təhlükəli olduğunu üzə çıxarır?

redaktor