Cəmiyyət

Aqil Abbas şəhidin qardaşına birotaqlı mənzil verilməsindən danışdı: – “Dövlətin gücü nəyə çatıbsa, onu verib…”

Aqil Abbas şəhidin qardaşına birotaqlı mənzil verilməsindən danışdı:
Milli Məclisin deputatı Aqil Abbas “SOS” uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşının birotaqlı mənzildən imtina etməsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun şəhid ailəsi sayılmadığı barədə açıqlamasına münasibət bildirib.

Tacxeber.az-ın məlumatına görə, A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, Sənan Əhmədov şəhid ailəsi sayılır: “Birotaqlı ev veriblər də. Burda nə var? Normal bir otaq veriblərsə, sağ olsunlar. Dövlətin gücü çatıb, bir otaqlı ev veriblər. İmtina etmək nədir, başa düşmədim. Mən də istəyərəm dördotaqlı, beşotaqlı ev verilsin. Amma dövlətin gücü nəyə çatıbsa, onu verib də”.

Tacxeber.az

Oxşar xəbərlər

Əli Kərimlinin oğlu Türkel Kərimlinin “The Times” radiosuna müsahibəsi

admin

Əfsanə və Rokki: doğma yurda qayıdış üçün təhlükəli xidmət

redaktor

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə iki texniki işçi qrupu yaradıblar

admin