26 C
Bakı
27 Sentyabr 2026 13:38
Dünya

“Yerli PUA-ların əksəriyyəti tələblərimizə cavab vermir” – Rusiya Müdafiə Nazirliyi

“Yerli PUA-ların əksəriyyəti tələblərimizə cavab vermir” – Rusiya Müdafiə Nazirliyi

Rusiyada istehsal olunan pilotsuz təyyarələrin əksəriyyəti taktiki və texniki tələblərə cavab vermir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İqor İşşuk “Pilotsuz nəqliyyat vasitələri texnologiyalarının inkişaf perspektivləri” adlı dəyirmi masada çıxışı zamanı

“Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları üçün müvafiq taktiki-texniki tələblər hazırlayıb. Əksər istehsalçılar isə təəssüf ki, onları yerinə yetirmək iqtidarında deyillər. Əsas problem element bazasındadır”, – MN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar hərbi idarə sadələşdirməyə, əlavə razılaşmalara, PUA-ların eksperimental rejimdə istismara qəbuluna məcburdur.

Bundan əvvəl xarici KİV-lər Rusiyanın Ukraynada döyüşmək üçün İran pilotsuz uçan aparatlarını aldığını yazıb.

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor