27 C
Bakı
16 Avqust 2026 11:56
DünyaSiyasət

Rusiya tərəfdən döyüşənləri vətəndaşlıqdan məhrum edəcəyik – Sandu

Rusiya tərəfdən döyüşənləri vətəndaşlıqdan məhrum edəcəyik – Sandu

“Respublika Rusiya tərəfində döyüşmək üçün Ukraynaya gedən moldovalıları vətəndaşlıqdan məhrum edə bilər”.

Tacxeber.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maia Sandu bildirib.

O qeyd edib ki, belə bir tövsiyə Moldovanın Ali Təhlükəsizlik Şurası tərəfindən verilib.

“Moldovanın şərq bölgələrində vətəndaşların səfərbərlik riski var. Biz yalnız Moldova vətəndaşlığına malik olan və hərbi münaqişədə Rusiyanın tərəfində çıxış edəcək moldovalıların vətəndaşlıqdan məhrum edilməsi imkanını nəzərdən keçiririk”.

Moldova dövlət başçısı etiraf edib ki, indiyə qədər Dnestryanında yaşayanların Rusiya ordusuna cəlb edilməsi ilə bağlı məlumatın təsdiqi yoxdur. Amma hakimiyyət Rusiya tərəfində səfərbər olacaq və döyüşlərdə iştirak edəcək şəxslərin cəzalandırılacağı barədə xəbərdarlıq edir.

Tacxeber.az

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin