27 C
Bakı
10 Avqust 2025 04:26
DünyaGündəm

Putinlə generallar arasında gərginlik- Buna icazə vermədi

Rusiya prezidenti Vladimir Putin yerdəki komandirlərin xahişlərinə baxmayaraq, rus hərbçilərinin Xersondan geri çəkilməsinə icazə verməyib və hazırda Ukraynaya qarşı müharibənin strateji planlaşdırılması ilə şəxsən məşğul olur. Bu məsələ Rusiya Federasiyasının rəhbərliyi və yüksək səviyyəli hərbçilər arasında gərginliyə səbəb olub.

 

 

Tacxeber.az   Musavatcom-a istinadən bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Xersondan geri çəkilmək rus hərbçilərinə mütəşəkkil şəkildə Dnepr çayı üzərindən geri çəkilməyə, öz texnikasını qoruyub saxlamağa və əsgərlərin həyatını xilas etməyə imkan verəcək.

Lakin belə bir geri çəkilmə Rusiya rəhbərliyi üçün müharibədə növbəti alçaldıcı məğlubiyyət olardı, Ukrayna üçün isə bir ay ərzində ikinci böyük qələbəyə çevrilə bilərdi.

“The New York Times”ın mənbələrinə görə, Putin hərbçilərə bütün strateji qərarları yerdə verəcəyini açıqlayıb:

“Putin hərbi komandanlığın bəzi tövsiyələrini, o cümlədən mülki əhalinin səfərbər edilməsini qəbul etsə də, onun bəyanatı hərbçilər arasında gərginlik yaradıb”.

Tacxeber.az

Oxşar xəbərlər

Polad Həşimovun anası: “Bu mövzuda danışanda əsəbləşirəm”

admin

İsrail əsgərləri erməni yepiskoplara tüpürdü

redaktor

“Dörd il əvvəl səhiyyəyə ayrılan məbləğ 870 milyon idisə, hazırda 3 milyardı keçib. Amma ……”

admin