22.7 C
Bakı
09 İyun 2026 14:34
GündəmSağlamlıq

Gecə gec yatıb, səhər gec duranlarda infarkt və diabet daha çox olur

Gecə gec yatağa girib, səhər 10-a kimi yatanlar, yəni “bayquş” adamlar erkən oyananlardan xroniki xəstəliklərə daha çox tutulur.

Tacxeber.az “Medicina”-ya istinadən xəbər verir ki, alimlər səhər oyananların daha çox piy yandırdığını bildirib.

Gecə gec yatanlar diabet, ürək-damar xəstəliklərindən əziyyət çəkir. Çünki onlarda orqanizmin piy yandırmaq və insulin hasili pozulur.

Britaniya Fiziologiya Cəmiyyəti bu barədə araşdırma aparıb.

Professor Stiven Malin bildirib ki, səhər tez oyananlarla gec oyananların bioritmləri fərqli çalışır. Onların insulin və metobolizmi də fərqlidir.

Diabet prosesi gecə gec yatıb səhər gec oyananlarda daha tez işə düşür.

Onların aclıq və toxluq şəkəri də yüksək olur, sutkanın müxtəlif saatlarında qanda insulin konsentrasiyası dəyişir.

Səhər tezdən oyananlarda bədən sakit halda da, məşq halında da daha çox yağ yandırır.

 

Aygün Musayeva

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycan mədəni irsini hərraca çıxaran keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlu da bu gün mədəniyyətin qeydinə qaldığından danışır

admin

Ukrayna işğal olunmuş torpaqlarına qayıdır – Zelenski

redaktor

“Tezliklə Rusiyanın parçalanmasını görəcəyik” – Şok iddia

admin