25.3 C
Bakı
13 İyun 2026 13:29
Gündəm

Kəlbəcərdə mövqelərimiz artilleriya atəşinə tutulur

Kəlbəcərdə mövqelərimiz artilleriya atəşinə tutulur

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.

Bu barədə  Müdafiə Nazirliyi məlumat yayıb.

Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.

“Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir”, – nazirlikdən qeyd olunub.

Tacxeber.az

Oxşar xəbərlər

Röya konsertində hönkür-hönkür ağladı – Onu kim ağlatdı? (VİDEO)

redaktor

Avropa Parlamentində Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq çağışları eşidilir

admin

Ukrayna 4,5 min kv.km ərazini azad etdi

redaktor