22.5 C
Bakı
29 İyun 2026 04:01
DünyaGündəm

İrandan ermənilərə növbəti jest – Təbriz Universitetində…

İrandan ermənilərə növbəti jest – Təbriz Universitetində…

İrəvan Dövlət Universitetinin rektoru Ovanis Ovannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrullah Zadə ilə görüşüb.

Tacxeber.az teleqraf.com-a istinadən bildirir ki, görüşdə iki universitet arasında əməkdaşlığın qurulması istiqamətində addımlar və qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

İranlı rektorla görüşün nəticəsi olaraq, iki universitet arasında tələbə və mütəxəssis mübadiləsi proqramlarının, birgə elmi-tədqiqat layihələrinin, müxtəlif akademik və mədəni təşəbbüslərin həyata keçirilməsinə dair razılığa gəlinib.

Bundan əlavə, Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrasının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.

Tacxeber.az

Oxşar xəbərlər

Trampdan Netanyahuya jest – VİDEO

redaktor

Rusiyanı 25 ailə idarə edir – Təsadüfi adamın sistemə daxil olması çətindir…

redaktor

Proseslər çox sürətlə baş verir. Hələ İran məsələsi nəticələnməmiş Kuba məsələsi gündəmə gəlib.

admin