GündəmSiyasət

Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi – Mişel

Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi.

Tacxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə bu gün keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib.

Açıq və məhsuldar keçən fikir mübadilələrinə görə hər iki liderə təşəkkür edən Şarl Mişel qeyd edib: “Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır”.

Tacxeber.az

Oxşar xəbərlər

Paşinyan: “1 il 7 aydır sərhəddə bir güllə belə atılmayıb — bu, sülhdür”

redaktor

Paşinyan İstanbulda ermənilərə çağırış etdi: “Hazır olun, Azərbaycan “Zəngəzur dəhlizi”ni açır”

redaktor

Elmira Axundovaya nə olub? – Əsa ilə görüntüləndi – FOTO

admin