22.5 C
Bakı
29 İyun 2026 04:25
DünyaSiyasət

Tramp Zelenski və Putinlə üçtərəfli görüşü anons etdi: “Bu, mütləq baş verəcək”

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bəyan edib. O, bu barədə Şotlandiyaya səfəri öncəsi jurnalistlərlə söhbətində bildirib.

“Bu, mütləq baş verəcək. Belə bir görüş hələ 3 ay əvvəl baş tutmalı idi”, – deyə Tramp vurğulayıb.

Trampın Şotlandiyaya səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmerlə də görüşəcəyi gözlənilir. Görüşdə Vaşinqtonla London arasında mümkün ticarət sazişi əsas müzakirə mövzusu olacaq.

Hazırda nə Ukrayna, nə də Rusiya tərəfi bu görüşlə bağlı rəsmi təsdiq verməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Günəşdə son 7 ilin ən güclü alışması olub

redaktor

Ərdoğan Azərbaycana yola düşdü

redaktor

Rusiya yerli xalqları müharibədə belə qırdırır – Şok statistika

redaktor