14 C
Bakı
26 Oktyabr 2026 00:29
CəmiyyətKriminal

“Xutor”da növbəti əməliyyat – Saxlanılanlar var

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-abildirilib ki, bu şəxslərdən 10-u barəsində rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Digər üç şəxs isə qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb olunub.

Aşkarlanan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

Tacxeber.az

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin