24.2 C
Bakı
28 İyun 2026 22:31
Hadisə

Nərminin qətli: İlkin nəyə məcbur edilib?

Nərminin qətli: İlkin nəyə məcbur edilib?

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Tacxeber.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi materiallarının elan edilməsi və tədqiqi aparılıb. Məhkəmə prosesi 2 saata yaxın davam edib.

Məhkəmə prosesində İlkin Süleymanov ibtidai istintaq zamanı ifadələrin bir çoxunu təzyiq altında verdiyini qeyd edib. Təqsirləndirilən şəxsin vəkillərinin sözlərinə görə, İlkin yanlış ifadələr verməyə məcbur edilib.

Məhkəmə prosesindən sonra Nərmin Quliyevanın atası Şərif Quliyev mətbuata açıqlama vermək istəməyib.

Məhkəmə prosesi avqustun 31-nə təxirə salınıb.

Tacxeber.az

Oxşar xəbərlər

Paytaxtın mərkəzində neft ərazisində qanunsuz tikili aparan kimlərdir? – VİDEO

admin

“Abzas Media” saytının rəhbəri Ülvi Həsənli hava limanına gedərkən saxlanıldı.

admin

Ermənilərin azərbaycanlı əsgərlə bağlı yalanı üzə çıxdı – FOTOFAKT

redaktor