19 C
Bakı
23 İyun 2025 23:53
CəmiyyətGündəm

Azərbaycanda FACİƏ: Övladını boğulmaqdan xilas etməyə çalışan ata öldü

Saatlıda dəhşətli hadisə yaşanıb. 2 nəfər Araz çayında boğulub.

Hadisə ötən gün saat 19 radələrində qeydə alınıb. Belə ki, rayonun Qıraqlı kənd sakinləri, 43 yaşlı Sübhan Astanov və onun qardaşı oğlu, 30 yaşlı Əkrəm Astanov çaya balıq tutmağa gediblər. Bu zaman Sübhan Astanovun 2 azyaşlı övladı çaya düşüb. Onlar uşaqları xilas etmək istəyərkən özləri boğulublar.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Axtarış tədbirləri nəticəsində boğulan şəxslərin meyitləri tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azyaşlılar yaxınlıqda balıq ovlayan digər şəxslər tərəfindən boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdiriliblər, hazırda səhhətləri qənaətbəxşdir.

Yevlaxda isə 23 yaşlı qız Yuxarı Qarabağ kanalına düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. 1999-cü il təvvəlüdlü Aişə Əliyevanın axtarışları davam edir.

Tacxeber.az

Oxşar xəbərlər

Könül Xasıyeva xalqdan pul istədi: “Yaşamağım üçün 254 min manat lazımdır”

admin

Amerika İranı niyə vurmur?

admin

Taksilərlə bağlı yenilik – 3000 manat dövlət rüsumu

admin