26 C
Bakı
27 Sentyabr 2026 14:16
Siyasət

ABŞ-Vaşinqtondan KRİTİK BƏYANAT: Putin Baliyə getsə, Zelenski…

Kremlin rəhbəri Vladimir Putin iştirak edəcəyi təqdirdə, Ukrayna prezidenti Volodimir Zelenski Balidə keçiriləcək G20 sammitinə qatılacaq.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir .

“Prezident Bayden açıq şəkildə bəyan etdiyi kimi, o, Ukraynaya qarşı öz müharibəsini apardığı üçün prezident Putinin G20-də iştirak etməsinə inanmır”, – Vaşinqton bildirib.

Lakin Putin G20 sammitinə gələrsə, ABŞ hesab edir ki, Zelenski də orada iştirak etməlidir.

Milli Təhlükəsizlik Şurası Zelenskinin sammitdə iştirakına təkan verir və Ukrayna prezidentinin şəxsən deyil, virtual olaraq qatıla biləcəyi ehtimalını açıq qoyur.

ABŞ rəsmiləri liderlər sammiti öncəsi görüşlərdə iştirak etsə də, Bayden G20 sammiti üçün Baliyə gedib-getməyəcəyini hələ açıqlamayıb. /Publika.az

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor