22.6 C
Bakı
29 İyun 2026 08:19
Dünya

Salman Rüşdiyə hücum edən gənc: “Ruhullah Xomeyninin heyranıyam”

Salman Rüşdiyə hücum edərək bıçaq zərbələri ilə yaralayan Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib. Lakin o, Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.

Tacxeber.azxəbər verir ki, Hadi Mətər “Şeytan ayələri” kitabının yalnız bir neçə səhifəsini oxuduğunu və tvitterdə Salman Rüşdinin Şetokua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara aldığını deyib:

“Məncə, o, böyük insan idi. Bu haqda deyə biləcəyim tək şey budur”.

H. Mətər Salman Rüşdini bəyənmədiyini, onun İslama və müsəlmanların inanclarına hörmətsizlik etdiyini söyləyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu-Yorkda çıxışa başlamazdan öncə hücuma məruz qalıb. Rüşdiyə hücum edən 25 yaşlı Hadi Mətər məhkəmədə barəsindəki ittihamları rədd edib və günahsız olduğunu deyib.

Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.

Tacxeber.az

Oxşar xəbərlər

“Trampın yenidən prezident seçilməsi fəlakət olar” – Almaniyalı nazir

admin

ABŞ Ukrayna ordusuna dəstək planı hazırlayır

redaktor

Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb

redaktor