25 C
Bakı
16 Avqust 2026 07:10
Hadisə

Zaqatala Dövlət Təbiət Qoruğununda da yanğın baş verib

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.

Tacxeber.az “Qafqazinfo”ya istinadən bildirir ki,  yanğın bu gün bu gün Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinindəki qoz bağında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Tacxeber.az

Oxşar xəbərlər

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Xankəndidə ev istəyən keçmiş məcburi köçkün: ‘Niyə normal evlərdən birini vermirlər?’

admin

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin