31.9 C
Bakı
26 İyul 2026 23:34
Planet

“Baykar” Ukraynaya fokuslanıb: 3 illik ehtiyat var

“Bayraqdar TB2” və “Bayraqdar Akıncı” pilotsuz uçuş aparatlarını istehsal edən Türkiyənin “Baykar” şirkəti ayda 20 pilotsuz təyyarə istehsal etməyə və üç illik sifariş ehtiyatına malikdir. İndi türk pilotsuz təyyarə istehsalçısı yalnız Ukraynadan gələn sifarişlərə fokuslanıb.

Məlumatı “Blumberq” yayıb.

“Qızıl alma” adlı pilotsuz döyüş təyyarəsi layihəsi üzərində də çalışan türk istehsalçısı istehsal gücünü daha da artırmaq istəyir və Ukraynadakı zavodla buna nail olacağına ümid edir”, – məlumatda deyilir.

“Biz Ukraynanı strateji tərəfdaşımız kimi görürük. “Baykar” Ukraynada fabrik, tədqiqat, inkişaf mərkəzi və qabaqcıl istehsal mərkəzi tikməyə başladı. Biz həmçinin Ukraynanı istehsal bazasına çevirmək istəyirik”, – “Baykar”ın baş direktoru deyib.

Tacxeber.az

Oxşar xəbərlər

Günəş sistemində hansı növ yağıntılar mövcuddur?

admin

“Yeni “Nostradamus”: süni intellekt insanlıq üçün 10 qorxulu proqnoz verib” – “Daily Star”

admin

Su çoxdur, amma istifadəyə yararlı su son dərəcə məhduddur

admin