Planet

İrəvanda ticarət mərkəzində partlayış: yaralılar var – Video

İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

Tacxeber.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.

Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.

Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.

Tacxeber.az

Oxşar xəbərlər

Berlin üzərində yanan yad obyektin haradan gəldiyi bilindi

redaktor

Bu ölkədə keçilər övladlığa götürülür

admin

Xəzərdə suitilərin kütləvi ölümünün İLGİNC səbəbləri…

admin