21 C
Bakı
19 İyun 2025 04:29
Digər

Sperma və ana bətni olmadan süni embrion yaradıldı – ŞOK İXTİRA

Dünyada süni insan yetişdirilməsi mərhələsi başlayır. Belə ki, İsraildə orqanları funksional olan süni embrionlar yaradılıb. Məsələnin diqqət çəkən yanı odur ki, onları yaratmaq üçün sperma, yumurta və ana bətnindən istifadə edilməyib.

 

Lent.az xəbər verir ki, İsrailin “Weizmann” Elm Tədqiqat İnstitutunun alimləri sperma, yumurta və hətta uşaqlıqdan istifadə etmədən kök hüceyrələrdən sintetik siçan embrionları yaradıblar. Onlar embrionu böyütməyi bacarıblar, bundan sonra ürək döyüntüsü də daxil olmaqla bütün orqanların əsas elementlərinə sahib oldular.

 

“Weizmann” Elm Tədqiqat İnstitutunun başqa bir qrup alimi isə ana bətnindən kənarda embrionları daha effektiv şəkildə böyüdə bilən cihazın hazırlanması istiqamətində işlər aparır.

Alimlərin araşdırmalarına görə, sintetik embrionların  genlərinin daxili strukturu təbii embrionlarla 95% oxşarlıq təşkil edir.
Hələlik eksperimentlər siçanlar üzərində həyata keçirilib. Amma məlum məsələdir ki, milyonlarla investisiyalar yatırılmış belə tədqiatlar siçanlar yox, insanlar  üçün nəzərdə tutulur.

Tacxeber.azhttp://Tacxeber.az

Oxşar xəbərlər

Obyektini nazirliyə 25 minə kirayə verən rəisin müəmmalı tender əməliyyatı

redaktor

20 milyon rüşvət alan generalın cəzası məlum oldu

redaktor

Araz Əlizadə: “Rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq”

redaktor