17 C
Bakı
28 Sentyabr 2025 05:57
Dünya

Azərbaycan diasporasının lideri belə həbs edildi – ANBAAN VİDEO

Rusiyada azərbaycanlı icmasının rəhbəri  həbs edilib.

 

Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb. O, miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir.  Rusiya Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi-“Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması ilə cbağlı inayət işi açıb  və araşdırma aparılır. Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə  ciddi qanun pozuntusu hesab olunur.

 

Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri  Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin  qeydiyyatını təşkil edib.  İddia olunur ki, azərbaycanlı diaspora lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz  işlədib.  Yaroslavl regional Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır. (Musavat.com)

Oxşar xəbərlər

Müsəlmanların xoşbəxt və bədbəxt yaşadıqları ölkələr

admin

Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxıldı

redaktor

Erməni müəllimdən şagirdlərinə: Tariximizi öyrənməyin, yoxsa…

admin