23 C
Bakı
22 İyun 2025 18:47
İdman

Qurban Qurbanov AFFA-dan inciyib?

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qurumun bu gün keçirilən Hesabat Konfransına qatılmamasına münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında jurnalistin “Qurban Qurbanov AFFA-nnın bəzi iclaslarında iştirak etmir. Təmsil olunduğu İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır. Arada soyuqluq var?” sualına cavab olaraq deyib:

“Hansısa problem yoxdur. O, İcraiyyə Komitəsinin iclaslarında iştirak edir. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etməməyə gəlincə, hərənin öz planları var. Üzrlü səbəblərlə bağlı əvvəlcədən məlumat verilir”.(Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

AFFA Santuşla yolları ayırır?

redaktor

“İsti başla nəsə deyə bilmərəm” – Musa Qurbanlı

admin

Mayk Tayson boksa qayıdır – Fantastik bilet qiymətləri

redaktor