24 C
Bakı
23 İyun 2025 21:34
Dünya

İranın Ali Lideri Əli Xameneinin həbsi tələb edildi

Argentina prokurorluğu 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı İranın Ali Lideri Əli Xameneinin həbsini tələb edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” nəşri məlumat verib.

 

“Prokuror Sebastyan Basso federal hakim Daniel Rafekasa İranın ali dini lideri Əli Hüseyni Xameneinin həbsi üçün milli və beynəlxalq orderin verilməsi istəyi ilə müraciət edib”, – deyə materialda bildirilib.

 

Basso xüsusilə İran liderinin insidentdə mümkün iştirakını araşdırmaq istəyir. Lakin material müəlliflərinin qeyd etdiyi kimi, belə bir tədbir Buenos-Ayres və Tehran arasında münasibətləri əhəmiyyətli dərəcədə pisləşdirə bilər.

 

Xatırladaq ki, Buenos-Ayres şəhərində Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktına çevrilən hadisə nəticəsində 85 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Terror aktına görə məsuliyyəti Livanın “Hizbullah” hərəkatının üzərinə qoyublar. Ötən il aprelin 24-də Argentina beynəlxalq order verib və İranın daxili işlər naziri Əhməd Vahidinin hadisədə əlinin olması şübhəli bilinərək həbsini tələb edib.

Tacxeber.com

Oxşar xəbərlər

Borrell: Aİ konsensusun olmaması səbəbindən Kiyevə 6,6 milyard avro ayıra bilmir

redaktor

Putinin gecələr Kremlə getməsinin arxasında hansı səbəblər dayanır?

redaktor

Tramp Ukrayna müharibəsini necə dayandıracağını açıqladı

redaktor