31 C
Bakı
13 Avqust 2025 18:09
Cəmiyyət

Virtual biznes oyununa qoşuldu, “mən yandım, siz yanmayın” deyir – VİDEO

Virtual biznes oyununa qoşuldu, indi isə gənclərə “mən yandım, siz yanmayın” deyir.

 

İnvestisiya layihəsi adı altında virtual biznes oyununa qoşulub gəlir əldə etmək istədi, külli miqdarda pulundan oldu… Əvvəlcə 5 dollara onlayn bina alıb, günlük müəyyən məbləğdə gəlir əldə edib… Sonra yatırım məbləği artdıqca, gəliri də artıb. Bir gecədə isə bütün pulları yox olub…

 

Tacxeber.com Xəzər TV-yə istinadən bildirir ki, adının efirdə çəkilməsini istəməyən zərərçəkənin 26 yaşı var. O, deyir ki, heç vaxt belə oyunlara aldanmazdı. Belə ki, illərdən bəri inanıb izlədiyi, 1 milyondana artıq izləyicisi olan youtuber bu oyunu reklam edib, ondan gəlir əldə etdiyini açıqlayana qədər.

 

Hüquqşünas Şamil Paşayev isə deyir ki, onlayn investisiya yatırmaq istəyən şəxs reklamlara aldanmamalı, informaisya texnologiyaları sahəsində biliyi olan şəxslə, həmçinin hüquqşünasla məsləhətləşməlidirlər.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşlara sosial şəbəkələrdə müxtəlif şirnikləndirici “pul qazan” adlı oyunların oynanılması təklif edilir. Amma zərərçəkənlər bilmir ki, bu, onlar üçün növbəti tələnin başlanğıcı olur. Ona görə də vətəndaşlara belə vədlərə inanmamaları və diqqətli olmaları tövsiyə edilir.

 

Daha ətaraflı videomaterialı təqdim edirik.

 

Oxşar xəbərlər

Pul və arvadı itirmək kişilərdə infartka səbəb olur

redaktor

Bakıda “Şəfalanma” adı ilə yüzlərlə qadını bir araya toplayan şəxs GÖRÜN KİM İMİŞ – FOTO + VİDEO

redaktor

Apteklərdə eyni dərman fərqli qiymətə satılır? – RƏSMİ AÇIQLAMA

redaktor