19 C
Bakı
10 Oktyabr 2026 23:25
Dünya

Tramp: Tehranla birbaşa danışıqlar başlayıb, amma…

Hazırda Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar gedir.

 

Tacxeber.com xəbər verir ki, bunu İranın nüvə proqramı prezidenti Donald Tramp deyib.

 

İranın nüvə silahına sahib ola bilməyəcəyinə diqqət çəkən Tramp bildirib ki, hazırda bu məsələ ilə bağlı Tehranla birbaşa danışıqlar aparır.

 

“Onlar artıq başlayıblar, şənbə günü də davam edəcəklər. Bizim çox böyük görüşümüz var və nə baş verə biləcəyini görəcəyik. Məncə, hamı razılaşır ki, razılaşma görünəndən daha yaxşı olacaq. Açıq-aydın mənim iştirak etmək istədiyim bir şey deyil və  düzünü desəm, İsrail də iştirak etmək istəmir. Amma bu, çox təhlükəli əraziyə çevrilir. Ümid edirəm ki, bu danışıqlar İranın xeyrinə olarsa, uğurlu olar”, – Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib.

 

Trampın sözlərinə görə, hazırda elə nüvə ölkələri var ki, onların belə silahları olmamalıdır.

 

“Ancaq əminəm ki, biz bunu sonradan müzakirə edə bilərik. Amma İran nüvə silahına malik ola bilməz. Əgər danışıqlar uğurlu olmasa, düşünürəm ki, bu, İran üçün çox pis olacaq”, – Tramp bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor