Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki sakinlər yaşadıqları ərazinin qəbiristanlıqla üz-üzə olmasından narazıdırlar. Qəsəbə sakinləri Zığ sürüşmə sahəsindən köçürüldüklərini və burada əvvəlcə şəraitin olmamasına baxmayaraq, əlacsızlıqdan razı olduqlarını bildirirlər. Lakin sonradan yaxınlıqda yerləşən qəbiristanlığın getdikcə genişlənməsi və evlərinə yaxınlaşması sakinləri narahat edib.
Onlar deyirlər ki, artıq yaşadıqları ərazi qəbiristanlığın sahəsinə çevrildiyindən, uşaqlar üçün oynamağa yer də yoxdur. Ümumilikdə isə qəbiristanlıqdan gələn insan səsləri də onlara pis təsir edir.