22.7 C
Bakı
09 İyun 2026 12:04
Cəmiyyətİdman

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq” – Berezutski

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq”.

 

Bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında deyib.

 

O, mətbuat konfransında bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk matçında səfərdə “Neftçi”yə qalib gəldikləri (2:1) matç haqda qısa danışıb.

 

Ümumiyyətlə, mətbuat konfransı çox qısa çəkib. Daha doğrusu, konfransı rusiyalı mütəxəsssin cəmi 4 cümləsindən ibarət olub. O, oyuna dair yalnız bunları bildirib:

 

“Uşaqlara afərin, yaxşı oyun göstərdilər. Biz futbolçuya və 3 hakimə qarşı oynadıq. Daha vacibi hakimlər bu gün VAR-ı unutmuşdular. Prinsipcə oyunla bağlı deyəcəyim budur, vəssalam”.

 

Bundan sonra V.Berezutski sağollaşaraq mətbuat konfransını jurnalistlərin sualları gözləmədən tərk edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş icra başçısına ağır cəza verildi

redaktor

Oyun günləri müəyyənləşib.

admin

“Nəcməddin Sadıkov tezlikllə Arayiklə birlikdə hakim qarşısında dayanacaq”

redaktor