28 C
Bakı
14 Avqust 2026 11:48
Dünya

“Melissa Group”da katlavan mənzillərin satışı dayandırıldı – QƏRAR

“Melissa Group” tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.

 

Tacxeber.com-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

 

Fakt şirkətdən təsdiqlənib. Bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.

 

Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.

 

Xatırladaq ki, martın 27-də “Melissa Group” tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evi söküntüsü həyata keçirilib. Hadisədən sonra “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavotorun sürücüsü Qala Eynullayev həbs olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor