Dünya

Rusiyadakı azərbaycanlıların nəzərinə! – Sabahdan bu qadağa qüvvəyə minir

Rusiyada bu il  aprelin 1-dən miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq ediləcək.

 

Tacxeber.comxəbər verir ki, əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.

 

Eyni zamanda məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Qeyd edək ki, imtahan testi ödənişsiz olacaq. Bu, Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.

 

Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Vitali Kliçko 25 illik evlilikdən sonra boşanır

admin

Zelenskinin Ərdoğana verdiyi siyahıda kimlərin adı var?

redaktor

Rusiyanın itkiləri 500 mini keçdi – Yeni siyahı

redaktor