Dünya

Zelenskinin qazancı açıqlandı

2024-cü ildə Ukrayna PrezidentiVladimir Zelenski və ailəsi 15,2 milyon qrivna (təxminən 361 min dollar) qazanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat xidməti məlumat yayıb.

 

“Xüsusilə, daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib. Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət başçısının ailəsinin balansı ciddi dəyişməyib”, – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor