25 C
Bakı
23 İyun 2025 16:59
Dünya

10 min tibb işçisinin fəaliyyəti DAYANDIRILIR – Rəsmi qurumdan ŞOK QƏRAR

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti, Prezident Donald Tramp administrasiyasının federal hökuməti kiçiltmək siyasəti çərçivəsində 10 min işçini ixtisar edəcəyini açıqlayıb.

 

Tacxeber.comxəbər verir ki, departamentin yaydığı məlumatda işçi sayının 82 mindən 62 minə endiriləcəyi və regional idarələrin yarısının bağlanacağı bildirilib.

 

Bu prosesin təkcə ixtisarlarla məhdudlaşmayacağı, əlavə olaraq 10 min əməkdaşın erkən pensiya və ya bonus təkliflərini qəbul edərək işdən ayrılacağı qeyd olunub.

 

Rəsmi açıqlamaya görə, bu addım hər il vergi ödəyicilərinə 1,8 milyard dollar qənaət etməyə imkan verəcək. İxtisarlar çərçivəsində ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 3500, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) isə 2400 əməkdaşının vəzifədən kənarlaşdırılması planlaşdırılır. Bundan əlavə, Prezident Trampın rəhbərliyi dövründə milyarder iş adamı İlon Maskın başçılıq etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə federal qurumlarda çalışan minlərlə işçi işdən çıxarılıb. Kütləvi ixtisarlar və hökumətin yeni işəgötürmə siyasəti ölkə daxilində bir sıra həmkarlar ittifaqları və təşkilatların narazılığına səbəb olub. Bu qurumlar Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldırıblar.

Tacxeber.com

Oxşar xəbərlər

CİA əməkdaşları Bakıda UNO görüblər: sənədlərdə yazılıb ki… – FOTO

redaktor

Ruslar şokda: Ukrayna cəbhədə nə tətbiq edir? – VİDEO

redaktor

Putinin ən yaxın adamı istefa verdi

admin